19 iyun 2013-cü il tarixdə saat 11:00–da Ağcabədi Rayon Icra Hakimiyyətinin konfrans zalında Azərbaycan Respublikası Veteranlar Şurası “Veteranların sosial hüquqlarının həlli sahəsində rayon, şəhər veteranlar təşkilatları rəhbərlərinin biliklərinin artırılması məqsədilə təlim və seminarlar keçirilməsi “ adlı layihə ilə bağlı seminar – müşavirə keçirmişdir.
17 iyun 2013-cü il tarixdə saat 10:00 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə 17 iyun – Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
15 iyun 2013-cü il tarixdə saat 19:30 –da Ağcabədi Rayonu İcra Hakimiyyətinin binası qarşısında Heydər Əliyev meydanında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
14 iyun 2013-cü il tarixdə saat 12:00–da Ağcabədi rayonu Muğanlı kəndində mexaniki sayğac quraşdırılmış 375 abonentə mavi yanacağın verilməsi ilə əlaqədar açılış olmuşdur.
08 iyun 2013-cü il tarixdə Ağcabədi rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağcabədi rayonun “Aqat –aqro “ heyvandarlıq kompleksində damazlıq –seleksiya tədbirlərinə dair respublika seminar- müşavirəsi keçirilmişdir.