Home Contact Phone
background
  • Ünvan: AZ 0400 Ağcabədi şəhəri H.Əliyev prospekti 124
  • Faks: (+994 2127) 5-52-14
  • E-mail: mail@agcabedi-ih.gov.az

Xəbərlər

  • Ramazan bayramı münasibəti ilə Günərzi Qayğ...

    Ramazan bayramı münasibəti ilə Günərzi Qayğı Mərkəzində bayram sovqatı paylanmışdır.

    2018-06-15

    14 iyun 2018-ci il tarixdə Ramazan bayramı münasibətilə Ağcabədi rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində uşaqlarla görüşülərək onlara bayramı sovqatı verilmişdir. Ramazan bayramı münasibətilə paylanan bayram sovqatı Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuşdur.

  • Ağcabədi rayonunda “15 iyun – Milli Qurtulu...

    Ağcabədi rayonunda “15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə tədbir keçirildi

    2018-06-15

    15 iyun 2018-ci il saat 20: 00 da Ağcabədi rayonunda 15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə Ağcabədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov,hüquq mühafizə orqanları,idarə və müəssisə rəhbərləri, ziyarətə gəlmiş rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər iştirak etmişdir.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.

  • Ramazan bayramı münasibəti ilə şəhid ailəl...

    Ramazan bayramı münasibəti ilə şəhid ailələrinə və aztəminatlı ailələrə bayram sovqatı paylanmışdır.

    2018-06-14

    Vəhdət və birlik ayı olan müqəddəs Ramazan ayı münasibətilə 14.06.2018-ci il tarixdə Ağcabədi rayonunda Şəhid ailələri və imkansız ailələrə Acabədi rayon İcra Hakimiyyəti və ATENA süd emalı zavodu tərəfindən ət və süd məhsullərı paylanmışdır .Allah tutulan orucları, edilən duaları, qılınan namazları qəbul etsin, AMİN.

  • Ağcabədi rayonunda “Son Zəng” tədbirləri ...

    Ağcabədi rayonunda “Son Zəng” tədbirləri qeyd edildi

    2018-06-14

    14 iyun 2018-ci il tarixdə «Son zəng» tədbirləri Ağcabədi rayonunun bütün tam orta məktəblərində təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, son zəng bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.

  • Ramazan bayramı münasibəti ilə oruc tutan və ...

    Ramazan bayramı münasibəti ilə oruc tutan və aztəminatlı ailələrə bayram sovqatı paylanmışdır.

    2018-06-13

    13 iyun 2018-ci il tarixdə Ağcabədi rayonunda müqəddəs Ramazan bayramı münasibətilə aztəminatlı ailələrlə görüşülərək onlara yardım payı verilmişdir. Ramazan bayramı münasibətilə keçirilən yardım tədbiri Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuşdur.

Foto qalereya